Macarıstan Prezidenti Kamal Abdullanı “Zabit Xaçı” ali ordeni ilə təltif edib


Digərləri 13 Sen 2019 19:22:00 203 0

Macarıstan Prezidenti Kamal Abdullanı “Zabit Xaçı” ali ordeni ilə təltif edib

Xalq yazıçısı Kamal Abdulla Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub. Universitetdən Trend-ə verilən məlumata görə, sentyabrın 13-də ordenin təqdimatı ilə bağlı universitetdə tədbir keçirilib. Rektor Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyini universitetdə görməkdən məmnun olduğunu deyib, səfirin universitet heyəti və tələbələr tərəfindən hər zaman isti münasibətlə qarşılandığını qeyd edib. Rektor “Zabit Xaçı” ali ordeni ilə təltif olunmasının böyük şərəf olunduğunu söyləyib və Macarıstan Prezidentinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib: “Bu ordeni bütün kollektivimizə aid edirəm. Bu, hamımızın birgə gördüyü işin nəticəsidir və ordenin təqdim olunmasında hər kəsin öz əməyi, zəhməti var. Macar dili, ədəbiyyatı, macarşünaslıq universitetimizin ən prioritet sahələrindən biridir. Dillər Universitetinin Macarıstan səfirliyi ilə çox maraqlı və perspektivli proqramları, layihələri var. Əminəm ki, hər iki ölkədə tələbələrimiz bir-biri ilə ünsiyyət quracaq, akademik heyətimiz bu proqramlardan istifadə edəcəklər. Bugünkü görüş qarşılıqlı olaraq yeni imkanlar açır”. Səfir Viktor Sederkenyi akademik Kamal Abdullanı Macarıstan Prezidentinin sərəncamına əsasən “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif etməkdən şərəf duyduğunu söyləyib: