Bu il 60,5 minədək şəxsi işlə təmin edilib


Digərləri 13 Sen 2019 18:54:26 192 0

Bu il 60,5 minədək şəxsi işlə təmin edilib

Bu ilin 8 ayında Dövlət Məşğulluq Xidməti ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çox olmaqla 60,5 minədək şəxsi işlə təmin edib.

Bakı. 2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.