İngiltərədə "transfer pəncərəsi"nin formatı ilə bağlı yeni təklif


İdman 13 Sen 2019 18:34:00 291 0

İngiltərədə "transfer pəncərəsi"nin formatı ilə bağlı yeni təklif

Manchester City İngiltərədə "transfer pəncərəsi"nin formatı ilə bağlı yeni təklif irəli sürüb.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, "şəhərlilər" transfer dönəminin iki hissədən ibarət olmasının tərəfdarıdı.

Son çempion Premyer Liqa klublarının öz aralarında oyun alqı-satqısının indiki kimi, mövsümün startı öncəsi yekunlaşması ilə razıdır. Ancaq mançesterlilər ölkə xaricindəki klublardan oyunçu almaq məsələsinin Avropadakı ilə tarazlanmasını istəyirlər.

Onların istəyi reallaşarsa, ikinci transfer dönəmi sentyabra qədər davam edəcək.