Su Məcəlləsində dəyişiklik edilib - Yeni QADAĞA


Digərləri 13 Sen 2019 18:16:44 228 0

Su Məcəlləsində dəyişiklik edilib - Yeni QADAĞA

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Məcəllənin 1. 18-ci maddəsinin 1.1. birinci hissənin onuncu abzasına “qaydalarını” sözündən sonra “, sudan istifadəyə görə güzəşt və azadolmaları” sözləri əlavə edilir; Həmçinin, “Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir" məzmunda ikinci hissə əlavə edilir: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı; - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi. 2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından “sudan istifadəyə və” sözləri çıxarılır və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilir: “bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;”. 4. 80-ci maddə üzrə: 4.1. birinci hissəyə “su obyektlərindən” sözlərindən sonra “tələb olunan həcmdə və ödənişsiz” sözləri əlavə edilir; 4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilir: “Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.”. 5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına “sudan” sözündən, üçüncü abzasına “su obyektlərindən” sözlərindən əvvəl “bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilir. 6. 97-ci maddənin birinci hissəsində “Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri “Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilir. 7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin