Şirvanda heroin satan Bakı sakini tutuldu


Kriminal 13 Sen 2019 17:54:00 226 0

Şirvanda heroin satan Bakı sakini tutuldu

Şirvanda heroin satan Bakı sakini tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Naim Süleymanov saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 33 qram olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.