UEFA İsveçrə Super Liqasını cərimələdi


İdman 13 Sen 2019 17:12:00 293 0

UEFA İsveçrə Super Liqasını cərimələdi

UEFA İsveçrə Super Liqasını cərimələyib.

Buna səbəb Sion klubunun Avropa Liqasında iştirak etmək üçün qeydiyyatı zamanı buraxılan səhv olub.

Cərimənin məbləği 50 min avro təşkil edib. 2017-ci ildə liqada səhvlərə əhəmiyyət vermədən kluba turnirdə iştirak etmək üçün lisenziya verilib. UEFA da həmin səhvləri görməyib.

Avropa yarışlarında oynamaq hüququ qazanan hər komanda düzgün işin aparıldığını göstərən xüsusi lisenziya almalıdır.

Qeyd edək ki, lisenziya ilə bağlı problemlərə baxmayaraq, Sion Avropa Liqasının 2017-18 mövsümünün III təsnifat mərhələsində Suduva-ya iki oyunun (0:3, 1:1) cəmində məğlub olub.