Gələn il Azərbaycanın dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb


Digərləri 13 Sen 2019 16:55:00 212 0

Gələn il Azərbaycanın dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Bakı. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır. Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316 milyon manat və yaxud 5,7% çoxdur. Gələn il büdcə xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur. Beləliklə, büdcə kəsri 1 133,7 milyon manat məbləğində gözlənilir ki, bu da 888,3 milyon manat və yaxud 43,9% azdır. 2020-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 2 485,2 milyon manat (təxminən 1 462 milyon ABŞ dolları), o cümlədən faiz xərcləri 775,4 milyon manat məbləğində nəzərdə tutulub.