Premyer Liqada avqustun ən yaxşı futbolçusu açıqlandı


İdman 13 Sen 2019 16:43:00 309 0

Premyer Liqada avqustun ən yaxşı futbolçusu açıqlandı

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, Norwich-in finlandiyalı forvardı Pukkiyə ayın futbolçusu seçilib.

Pukki ötən ay Newcastle-la matçda het-trik edib, Liverpool (1:4) və Chelsea (2:3) ilə qarşılaşmalarda isə 1 dəfə fərqlənib.

Pukki ilə yanaşı Serxio Aquero, Kevin De Bruyne, Rahim Sterlinq (hamısı Manchester City), Roberto Firmino (Liverpool) və Eşli Barns (Burnley) bu ada namizəd idilər.