Palata sədri: Özəl sektorda nağd əməliyyatların həcmi kifayət qədər yüksəkdir


Digərləri 13 Sen 2019 16:27:00 201 0

Palata sədri: Özəl sektorda nağd əməliyyatların həcmi kifayət qədər yüksəkdir

2019-cu ilin birinci yarısında banklarda vəsaitlərin nağdlaşdırılması zamanı sadələşdirilmiş vergitutmadan dövlət büdcəsinə daxilolmalar 19,4 milyon manat təşkil edib

Bakı. Kəmalə Məmmədli - 2019-cu ilin birinci yarısında banklarda vəsaitlərin nağdlaşdırılması zamanı sadələşdirilmiş vergitutmadan dövlət büdcəsinə daxilolmalar 19,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz çoxdur. Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfransda deyib. Palata sədri bildirib ki, 2018-ci ildə nağdlaşdırma ilə bağlı vergilərdən dövlət büdcəsinə daxilolmalar 29,2 milyon manat təşkil etmişdi. Həmin vergilər üzrə daxilolmalar 2019-cu il üçün proqnozları iki dəfəyədək üstələyir: “Bu onu göstərir ki, özəl sektorda nağd əməliyyatların həcmi hələ də kifayət qədər çoxdur”.