Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək


Digərləri 13 Sen 2019 15:16:00 237 0

Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerləri ilə bağlı vahid vakansiya bazasının elektronlaşdırılması üçün apardığı işləri yekunlaşdırmaq üzrədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, həmin baza tezliklə Azərbaycan vətəndaşları və ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin istifadəsinə veriləcək.

M.Kərimli qeyd edib ki, Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur: "Azərbaycanda işləmək istəyən şəxs Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı mövcud olan kvotalara uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini əldə etməklə onlara iş icazələri verir".