Minsk qrupu Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər"ə etirazını bildirməlidir - Komitə sədri


Digərləri 13 Sen 2019 16:04:00 225 0

Minsk qrupu Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər"ə etirazını bildirməlidir - Komitə sədri

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər.

Bakı. Samir Əli - ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “yerli özünüidarəetmə seçkiləri” ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Onun sözlərinə görə, həmsədrlər ermənilərin bu cür təxribatlarına birmənalı yanaşmalıdırlar: "Hansısa xalq digər xalqa qarşı silahdan istifadə edirsə, o xalq öz müqəddəratını təyin edə bilməz. Bütün dünyaya və bütün beynəlxalq təşkilatlara bəlldir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və hal-hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. Dağlıq Qarabağdan qovulan azərbaycanlılar Bakıda və respublikanın 59 rayonunda məskunlaşıblar, Bu da məlum faktdır. Belə olan halda ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağda ermənilər tərəfindən atılan təxribat xarakterli addımlara işğalçıların cüzi də olsa xeyirinə olan yanaşma nümayiş etdirməsi yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm və gözləyirəm ki, bu cür addımlara məhz Minsk Qrupunun həmsədr ölkələri öz mövqeyini bildirsin".