Monaco gənc yarımmüdafiəçini icarəyə verdi


İdman 13 Sen 2019 15:55:00 272 0

Monaco gənc yarımmüdafiəçini icarəyə verdi

Monaco (Fransa) klubu futbolçusu Sofyan Diopu icarəyə verib.

Goal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümünü Sochaux klubunda keçirəcək. Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşadək futbolçulardan ibarət Fransa milli komandasının da üzvü olan Diop, 2018/19 mövsümündə Monaco formasıyla 22 oyunda iştirak edib.