Polis qadağa qoysa da, “20 Yanvar”da həmişəki vəziyyətdir VİDEO FOTO


Digərləri 13 Sen 2019 15:38:00 227 0

Polis qadağa qoysa da, “20 Yanvar”da həmişəki vəziyyətdir  VİDEO  FOTO

Yeni dərs ilinin başlaması ilə bağlı "20 Yanvar" dairəsi, "Şamaxinka" və "3-ün kruqu" deyilən ərazidə yolun sağ solağına taksilərin park etməsinə və dayanaraq sərnişin düşürtmələrinə qarşı reyd keçirildiyi açıqlanıb.

Son.az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları bu gün həmin ərazilərdə olsa da, belə bir halla rastlaşmayıblar. Hazırda ərazidə yaşam və nəqliyyatın hərəkəti əvvəlki günlərdə olduğu kimi davam edir. Moskva prospketinin "Azərsu" ASC-nin sol tərəfindən keçən hissəsində 10-a yaxın taksi park vəziyyətdə müştəri gözləyir. Onlara söhbət etdiyimiz zaman bir BNA avtomobili yanımızdan keçərkən maşının içindəki əməkdaş uzaqdan taksi sürücüsü ilə salamlaşıb yoluna davam etdi.

Sürücülər isə, ümumiyyətlə, son günlər heç bir reyd aparılmadığını bildiriblər: "Qabaqda kamera var, amma maşınları yaxın-yaxın saxlayırıq ki, ara məsafəsi az olsun, kamera nömrəni görə bilməsin".

Sumqayıt, Xırdalan və Masazır tərəfdən gələn avtomobillər isə taksilər arxasında maşınlarını saxlayıb, sərnişini düşürüb yollarına davam edirlər. "20 Yanvar" Şəhidlər Abidəsinin qarşısında isə bir Çevik Polis Xidməti avtomobili dayanmışdı. Onlar isə sadəcə əraziyə nəzarət edirdilər.

Körpünün altında park edən YPX avtomobilinə yaxınlaşıb polis əməkdaşından reyd aparıb-aparmadıqlarını soruşduq. Onlar heç bir xüsusi tədbir olmadığını, hər gün olduğu kimi ərazidə xidmət apardıqlarını qeyd ediblər: "Dayanma-durma Bakı Nəqliayyat Agentliyinə aiddir, ona görə biz sürücülərə bir şey deyə bilmirik. Sadəcə yolda hərəkəti tənzimləyirik. Yolun hərəkət hissəsində maşın saxlayanlara sadəcə "saxlama, sür" ya da "get" deyirik. Başqa heç nə edə bilmirik". "Velotrek"in qarşısında isə yenə də köhnə "Ford"lar metrodan çıxan adamları yığaraq Sumqayıta aparırlar.

(adsgarden = window.adsgarden || []).push({});