İlin sonunadək 6000-ə qədər məcburi köçkün yeni mənzillərə köçürüləcək


Digərləri 13 Sen 2019 15:31:00 205 0

İlin sonunadək 6000-ə qədər məcburi köçkün yeni mənzillərə köçürüləcək

Qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir.

Bakı. Samir Əli - Qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Komitə sədrinin sözlərinə görə, bununla bağlı mütəmadi iş aparılır: "Cənab Prezidentin tapşırığına əsasən, bu ilin sonuna kimi 6000-ə qədər məcburi köçkün mənzillə təmin olunacaq".