Bakıda bacısının ərinə 7 bıçaq zərbəsi vuran şəxsə 7,6 il cəza verildi


Digərləri 13 Sen 2019 15:17:00 240 0

Bakıda bacısının ərinə 7 bıçaq zərbəsi vuran şəxsə 7,6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə B.Yaqubov 7 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib. Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.