Xaçmaz-Xudat yolunda ağır qəzada yaralanan şəxslərin VƏZİYYƏTİ (FOTO-VİDEO)


Digərləri 13 Sen 2019 14:56:42 231 0

Xaçmaz-Xudat yolunda ağır qəzada yaralanan şəxslərin VƏZİYYƏTİ (FOTO-VİDEO)

Bir neçə gün əvvəl Xaçmazda baş verən qəzada yaralanan şəxslər palataya köçürülüblər.

Bakı. Ceyhun Ələkbərov - Bir neçə gün əvvəl Xaçmazda baş verən qəzada yaralanan şəxslər palataya köçürülüblər. Bu barədə Trend-ə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, travmatologiya şöbəsində stasionar müalicə alan şəxslərdən yalnız biri 2017-ci il təvəllüdülü Axundova Nilay Mahir qızı reanimasiya şöbəsindədir: "Nilay Axundovanın müalicəsi də müsbətə doğru davam edir. Böyük ehtimalla o da yaxın günlərdə reanimasiyadan palataya köçürüləcək". Xatırladaq ki, Xaçmaz-Xudat yolunda baş verən yol qəzasında 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.