Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi danışdı: "Atası deyirdi ki, pul lazımdır"


İdman 13 Sen 2019 14:45:00 57 0

Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi danışdı: "Atası deyirdi ki, pul lazımdır"

Bakı sakini Hüseyn Əsgərov 25 min manat borcu olduğu üçün Aygün Abbasovanın sifarişi ilə kriminal dəstə tərəfindən oğurlanıb, işgəncə verilib. Faktla bağlı beş nəfər tutulub.

Goal.az "Oxu.Az"a istinadən xəbər verir ki, tutulanlardan biri 1992-ci il təvəllüdlü Sumqayıt sakini, gənclər üzrə cüdo millimizin sabiq üzvü Fəqan Eminoğlu olub.

Fəqan 2009-cu ilin sentyabrında Ermənistanın paytaxtı Yerevanda keçirilmiş gənclərin cüdo üzrə Avropa çempionatında beş medal qazanan idmançımızdan biri idi.

Onun niyə idmandan ayrı qalması ictimaiyyətdə maraq doğurur. Fəqanın sağlam idmanı ataraq kriminal fəaliyyətlə məşğul olmasının səbəbi nədir? Elə bu müstəvidə yola çıxaraq onun Sumqayıtda ilk məşqçisi olmuş Ceyhun Əliyevilə danışdıq. Məşqçisi bildirdi ki, onun idmanı atmağına səbəb pulsuzluq olub: 

“Onun tutulmağından xəbərim var, saytınızdan oxumuşam. Açığı, onunla əlaqəm qalmayıb. 2009-cu ildə Yerevanda Avropa çempionatında bürünc medal qazandıqdan sonra əsgərliyə getdi. Ordan qayıtdıqdan sonra atası mənim yanımdan çıxarıb “Dinamo” İdman Cəmiyyətinə qoydu.

Səbəb də bu oldu ki, mən idmançıya pul vermirdim. Atası taksi sürücüsüdür. O deyirdi ki, uşağı saxlaya bilmirəm, pul lazımdır. Ona görə də onu hər hansısa kluba qoymaq istəyirdi. Mən özüm zirzəmidə yaşayan insanam, ona pul verə bilməzdim. Açığı, atasının bu hərəkəti mənə pis təsir etdi.

Amma sonra “Dinamo”dan da ayrıldı, məşqi buraxdı. Cüdodan pul çıxmadığını görüb idmanı atdı (Haşiyə: həmin illərdə Cüdo Federasiyasının köhnə rəhbərliyi yığma komandanın idmançılarına maaş vermirdi – S.M.). Sumqayıtda bir dəfə üz-üzə gəldik.

Soruşdum ki, nə işlə məşğulsan? Dedi ki, məşqçi-müəllim işləmək istəyirəm, işə düzələ bilmirəm, hər dəfə “gözlə” deyirlər. Belə ancaq onunla salam-sağolum qalmışdı. O tutulanadək onun belə kriminal hərəkətlərdə iştirak etdiyini bilmirdim. Bildiyim qədərilə bir dəfə Masazırda “Zirvə” idman klubunda işlədi, amma idmançı yığa bilmədiyi üçün oradan da ayrıldı.

İdmanı atmasaydı, Fəqan bu dəqiqə yaxşı nəticələr qazana bilərdi. O, 66 kq çəki dərəcəsində hazırda millimizin üzvü, Olimpiya ikincisi olan Rüstəm Orucovu Azərbaycan çempionatında məğlub edirdi. Təəssüf ki, belə bir idmançı karyerasını maddiyyata görə başa vurdu”.

Məsələ ilə bağlı cüdo üzrə gənclər millimizin sabiq baş məşqçisi Fərhad Məmmədovla da əlaqə saxladıq. Onun tutulduğunu televiziyadan öyrəndiyini deyən Məmmədov onunla əlaqəsinin qalmadığını söylədi:

“Fəqanla iki il işləmişəm. Bu, 2009-2010-cu illərdə olub. Bizdə yığmada olan müddətdə çox güclü idmançı idi. Gənclərdə həmişə final görüşlərinə çıxırdı, medallar qazanırdı. Bizdən sonra böyüklər millisinə keçdi. Amma bundan sonra ondan məlumatım olmadı”.

"Hercai"nin baş rol ifaçısı 50 kilo arıqlayıbmış like
  • 13 Sen 14:42  
Digərləri "Hercai"nin baş rol ifaçısı 50 kilo arıqlayıbmış

"Hercai" serialının baş rol aktyoru Akın Akınözü, yerli jurnall

arrow Ətraflı
Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi like
  • 13 Sen 14:41  
Digərləri Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi

Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Nəqliyyat Qovşağı gücləndirilm

arrow Ətraflı
Ailədə görünməmiş hadisə: 3 yaşlı qıza təcavüz edildi? like
  • 13 Sen 14:37  
Kriminal Ailədə görünməmiş hadisə: 3 yaşlı qıza təcavüz edildi?

İmişli rayonunda bilə-bilə hüquq-mühafizə orqanlarına yalan məlumat ver

arrow Ətraflı
Doha-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşları saxlanılıb (FOTO) like
  • 13 Sen 14:36  
Digərləri Doha-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşları saxlanılıb (FOTO)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGI) əməkdaşları xeyli sa

arrow Ətraflı
Axtarışda olan 28 nəfər saxlanıldı like
  • 13 Sen 14:33  
Kriminal Axtarışda olan 28 nəfər saxlanıldı

Sentyabrın 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı
2 yaşlı uşaq anasını like
  • 13 Sen 14:28  
Dünya 2 yaşlı uşaq anasını

2 yaşlı uşaq anasının faciəvi ölümünə səbəb olub.

arrow Ətraflı
Türkiyədə hərbçiləri ildırım vurdu like
  • 13 Sen 14:24  
Dünya Türkiyədə hərbçiləri ildırım vurdu

Türkiyənin İzmir vilayətində ildırım vurması nəticəsində 7 hərbçi x

arrow Ətraflı
Ural Federal Universitetinin rektoru BDU-da olub (FOTO) like
  • 13 Sen 14:23  
Digərləri Ural Federal Universitetinin rektoru BDU-da olub (FOTO)

Bakı Dövlət Universitetində Ural Federal Universitetinin rektoru Viktor Kok

arrow Ətraflı
Məşhur braziliyalı Rusiyada qarət olundu like
  • 13 Sen 14:23  
İdman Məşhur braziliyalı Rusiyada qarət olundu

Krasnodar-ın futbolçusu Ari qarət olunub.

arrow Ətraflı
Nazir: "İlin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb" like
  • 13 Sen 14:23  
Digərləri Nazir: "İlin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalanıb"

Bu ilin əvvəlindən Azərbaycanda 112 mindən çox əmək müqaviləsi imzalan

arrow Ətraflı
Könül incə görünmək üçün bu yola əl atdı like
  • 13 Sen 14:19  
Şou-biznes Könül incə görünmək üçün bu yola əl atdı

Əməkdar artist Könül Kərimova İnstaqram-da paylaşdığı son fotolarla di

arrow Ətraflı
Yeni məktəb məzunu olan qız gizli doğduğu körpəni həyətdə basdırdı  FOTO like
  • 13 Sen 14:17  
Dünya Yeni məktəb məzunu olan qız gizli doğduğu körpəni həyətdə basdırdı FOTO

Gecə yarısı ailəsi yatarkən hamamda səssizcə doğuş edən 18 yaşlı q

arrow Ətraflı