Yeni məktəb məzunu olan qız gizli doğduğu körpəni həyətdə basdırdı FOTO


Dünya 13 Sen 2019 14:17:00 281 0

Yeni məktəb məzunu olan qız gizli doğduğu körpəni həyətdə basdırdı  FOTO

Gecə yarısı ailəsi yatarkən hamamda səssizcə doğuş edən 18 yaşlı qız körpəni evin arxasında basdırıb. 

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, Brooke Skylar Riçardsonun 7 may, 2017-ci il tarixində hələ 18 yaşı var idi və bir qız uşağı dünyaya gətirib.

Ohio ştatında yaşayan Riçardsonun hamilə olduğunu heç kim hiss etməmişdi.

Məktəb məzunu olduqdan iki həftə sonra uşağı evinin hamamında gecə yarısı doğub. Doğuşdan dəqiqələr sonra körpəni evin arxa bağçasında basdırıb. Hər şey gizlicə olub bitmişdi. Günlər sonra ginekoloqa gedən qız başına gələnləri danışıb. Həkim polisə zəng edərək dərhal məlumat verib.

Uşağını öldürdüyü üçün barəsində həbs qərarı verilən gənc qadının məhkəmə prosesi ölkədə diqqətlə izlənilirdi.

Məhkəmənin 4 saat 25 dəqiqəlik müzkirədən sonra qərarını açıqlayıb. Məhkəmə qızın sərbəst buraxılması barədə qərar qəbul edib. Riçardson qərarı eşidincə göz yaşlarını saxlaya bilməyib.