Qari Linekerin oğlu ölümdən döndü - oyundan sonra


İdman 13 Sen 2019 14:00:00 352 0

Qari Linekerin oğlu ölümdən döndü - oyundan sonra

İngiltərə yığmasının sabiq hücumçusu Qari Linekerin oğlu Harri ölümdən son anda qurtulub.

Goal.az xəbər verir ki, Harri Syerra-Leone ilə Liveriya yığmaları arasında keçirilən qarşılaşmadan sonra yaşanan ixtişaşın qurbanı ola bilərmiş. Bu barədə Qari Lineker özü məlumat verib:

"Oğlum Harri Syerra-Leonedə bir neçə gün keçirib. O, Liberiya ilə oyunda çəkiliş edirmiş. Paltardəyişmə otağını, fanatları çəkib. Oyundan sonra ixtişaş başlayıb. İnsanlar daş atırmışlar. Dəhşətli məqam imiş. Harri həyatını itirə bilərmiş. 50-60 nəfərlik bir qrup onun paltarlarını soyundurub, kamera və telefonunu, pulunu alıb. Harri çox qorxub. O, əlində şit olan mühafizəçinin arxasında gizlənməklə həyatını xilas edə bilib. Məhz həmin mühafizəçi Harrini xilas edərək təhlükəsiz yerə aparıb. Artıq hər şey qaydasındadır və o, evə qayıdır”.

Syerra-Leone Liberiyaya :0 hesabı ilə alib gəlib. Ancaq növbəti mərhələyə adlamaq üçün daha bir qol lazım idi. Qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə kapitan penaltini yerinə yetirə bilməyib və bundan sonra ixtişaş başlayıb.