Parisin merindən Neymara müraciət


İdman 13 Sen 2019 13:41:00 292 0

Parisin merindən Neymara müraciət

Parisin meri Ann İdalqo PSG-nin futbolçusu Neymara müraciət edib.

Goal.az xəbər verir ki, Parisin tarixində ilk qadın mer olan Ann azarkeşlərin Neymarı bağışlamasının yolunu göstərib. O, bildirib ki, braziliyalı PSG-yə ÇL-i qazanmağa kömək etməlidir:

"Neymar, onu almaq üçün hər şey etmiş bir komandaya kömək etməlidir. Parislilər onu çox yaxşı qəbul etdilər. Əlbəttə, indi onun fanatlarla münasibəti gərgin olacaq. Ancaq azarkeşlər onu bağışlaya bilərlər. Neymar əvvəlki Neymar olmalı, PSG-yə ÇL-i qazanmağa kömək etməlidir. Məhz bundan sonra fanatlar onu bağışlayarlar”.