Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək


Digərləri 13 Sen 2019 13:43:05 282 0

Yaxın vaxtlarda iş yerləri ilə bağlı vahid vakansiya bazası istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerləri ilə bağlı vahid vakansiya bazasının elektronlaşdırılması üçün apardığı işləri yekunlaşdırmaq üzrədir.

Bakı. İlhamə İsabalayeva - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yerləri ilə bağlı vahid vakansiya bazasının elektronlaşdırılması üçün apardığı işləri yekunlaşdırmaq üzrədir. Trend-in məlumatına görə, bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib. Onun sözlərinə görə, həmin baza tezliklə Azərbaycan vətəndaşları və ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin istifadəsinə veriləcək.