Kuarejmadan Besiktas-ın prezidentinə sərt ittihamlar - "saxta bank çeki vermişdi"


İdman 13 Sen 2019 13:20:00 346 0

Kuarejmadan Besiktas-ın prezidentinə sərt ittihamlar - "saxta bank çeki vermişdi"

Beşiktaş-dan ayrılıb Kasımpaşa-ya keçən Rikardo Kuarejma sabiq klubunu sərt ittiham edib.

Goal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "beIN Sports Haber"ə açıqlamasında İstanbul klubu ilə son aylarda yaranan narazılıqdan danışarkən, klub prezidenti Fikrət Ormanın ona saxta bank çeki verdiyini bildirib:

"Beşiktaş-da maaşlar 5 ay idi ki ödənmirdi. Nə mən, nə də ailəm bundan razı deyildik. Bir həftə sonra prezident Fikrət Orman mənə bu borcların aradan qalxması üçün çek verdi. Banka gedəndə isə çek etibarsız çıxdı. Mən də klubu FIFA-ya şikayət elədim. Məni hörmətsiz şəkildə göndərdilər. Azarkeşlərlə, komanda yoldaşlarımla vidalaşa bilmədim. Beşiktaş-ın prezidenti mənim üçün yox kimidir. Transfer dönəminin bitməsinə 5 gün qalmış idman direktorumuz məni heyətdən kənarlaşdırdıqlarını dedi. Fikrət Ormanın qarşıma çıxmağa cəsarəti yoxdur. Ona görə bu sözü mənə idman direkotu dedi".

Xatırladaq ki, Rikardo Kuarejma 2010-2012-ci illər və 2015-ci ildən bu yaya qədər Beşiktaş-da oynayıb.