Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb


Digərləri 13 Sen 2019 13:39:00 373 0

Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb

2019-cu ilin əvvəlindən Vergilər Nazirliyi cəmi 562 səyyar yoxlama keçirib

Bakı. Mətanət Nəsibova - 2019-cu ilin əvvəlindən Vergilər Nazirliyi cəmi 562 səyyar yoxlama keçirib. Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib. Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində səyyar yoxlamalar ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalıb. Bu müddət ərzində səyyar yoxlamalar 1700-dən çox vergi ödəyicisini əhatə edib.