Polis “20 Yanvar”la “Şamaxinka”da taksi saxlamağa qadağa qoydu


Digərləri 13 Sen 2019 12:30:00 248 0

Polis “20 Yanvar”la “Şamaxinka”da taksi saxlamağa qadağa qoydu

Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək.

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.

O bildirib ki, yeni dərs ilinin başlanması ilə sözügedən ərazilərdə süni sıxlığın yaranmasının qarşısını alma məqsədilə görülüb:

"Sumqayıtdan gələn sürücülər, tələbələr bilməlidir ki, Sumqayıt avtovağzalından çıxan avtobuslar birmənalı olaraq Bakı Beynəlxalq avtovağzalında saxlamalıdır. 

Artıq sürücülərə xəbərdarlıq edilir. Reydlər aparılacaq. Həmin ərazi bizim tərəfimizdən nəzarətdə olacaq. Bakı Nəqliyyat Agentliyi də bizimlə birgə fəaliyyət göstərəcək. Dayanma durma tələblərinin pozulması ilə bağlı avtomatik elektron qərar qəbul olunub. Birmənalı olaraq həmin ərazidə kiminsə dayanması qanunsuzdur, məsuliyyətə cəlb olunacaq.

(adsgarden = window.adsgarden || []).push({});