Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib


Digərləri 13 Sen 2019 13:20:00 291 0

Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib

2019-cu ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları təxminən 280 milyon manat təşkil edib ki, bu da proqnozdan 112 faiz çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi" adlı konfrans zamanı deyib.

Nazir bildirib ki, artım qeyri-neft sektorunun hesabına qeydə alınıb:

"Eyni zamanda bu göstərici Azərbaycanda biznesin leqallaşmasına yönəlmiş islahatların nəticəsi olub".