Dünyanın ən yaxşı universitetləri açıqlandı


Digərləri 13 Sen 2019 13:29:00 261 0

Dünyanın ən yaxşı universitetləri açıqlandı

Ən yaxşı universitetlərin yeni reytinq siyahısı açıqlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərənin "Times Higher Education" (THE) jurnalının təqdim etdiyi siyahıya 500 universitet daxil edilib.

Reytinq siyahısı tərtib edilən zaman təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınıb. Siyahıya İngiltərənin Oksford Universiteti başçılıq edir. Sözügedən ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. İkinci sırada Kaliforniya Texnologiya İnstitutu (ABŞ), üçüncüdə isə Kembric Universiteti (Böyük Britaniya) qərarlaşıb.

Builki siyahının hazırlanmasında 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir.

(adsgarden = window.adsgarden || []).push({});