FİFA-nın sabiq vitse-prezidenti ömürlük cəzalandı


İdman 13 Sen 2019 12:54:00 240 0

FİFA-nın sabiq vitse-prezidenti ömürlük cəzalandı

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) keçmiş prezidenti, FİFA-nin sabiq vitse-prezidenti Xuan Anhel Napout futbol faəliyyətindən ömürlük kənarlaşdırılıb.

Goal.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qərar qurumun etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.

Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, Anhel Napout 2015-ci ildə FİFA-da çalışıb.