Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi 50 faizə yaxındır


Digərləri 13 Sen 2019 13:16:45 313 0

Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi 50 faizə yaxındır

1991-2018-ci illər arasında Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi ildə 49,58 faiz təşkil edib

Bakı. Kəmalə Məmmədli - 1991-2018-ci illər arasında Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi ildə 49,58 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu İohann Kepler adına Avstriya Universitetinin iqtisadiyyat professoru Fridrix Şnayder “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib. O bildirib ki, 2018-ci ildə kölgə iqtisadiyyatı əvvəlki ildə qeydə alınan 44,78 faizdən 44,23 faizədək azalıb. Bu il həmin göstərici 44,6 faizə bərabərdir.