Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib FOTO


Siyasət 13 Sen 2019 12:33:00 277 0

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsil naziri Ceyhun Bayramov Mərkəzdə yaradılan şəraitlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.