Bakıda yük maşını minik avtomobili ilə toqquşdu:


Digərləri 13 Sen 2019 12:54:45 222 0

Bakıda yük maşını minik avtomobili ilə toqquşdu:

Bakıda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün Pirallahı rayonunun eyniadlı qəsəbəsində baş verib.

Qəsəbənin girişində yük avtomobili ilə minik avtomobili toqquşub.

Hadisə nəticəsində 1 nəfər kişi aldığı xəsarətlərdən dünyasını dəyişib,

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə yollanan Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Həkimlər onu Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparıblar.