Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək


Dünya 13 Sen 2019 12:57:00 231 0

Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin ad günündə tərəfdarları mitinq keçirmək barədə qərar veriblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Atambayevin tərəfdarları sentyabrın 17-də mitinq çağırışı ilə "Facebook" səhifəsində çıxış ediblər.

Dinc aksiya keçirmək barədə Bişkek meriyasına məlumat verildiyi də qeyd edilib. Mitinqdə Atambayevə təbrik və arzuları yazılı qəbul etmək üçün xüsusi məntəqə yaradılacağı bildirilib.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Avqustun 8-i A.Atambayev saxlanılıb. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.