"Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi miqrasiya prosesini asanlaşdırır"


Digərləri 13 Sen 2019 12:25:00 247 0

"Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvi miqrasiya prosesini asanlaşdırır"

Sentyabr ayının 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Viza rejiminin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisinin sözlərinə görə, Türkiyə vətəndaşlarına tətbiq olunan viza prosesi, onsuz da, sadələşdirilmiş viza qaydasında həyata keçirilirdi: "Yəni bu viza birbaşa hava limanında əldə edilirdi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik vaxt, hansısa bir bürokratik maneə də aradan götürülüb və bu şəxslər artıq rahat qaydada ölkəmizin bütün sərhəd nəzarət-buraxılış məntəqələrindən keçə bilərlər".

V.Hüseynov qeyd edib ki, bu razılaşmaya əsasən, Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Azərbaycan vətəndaşları Türkiyəyə necə səfər edə bilirsə, eyni qaydada Türkiyə vətəndaşları da ölkəmizə rahat şəkildə səfər edirlər. Bununla bağlı heç bir problemli məqam yoxdur. Dövlətimizin aidiyyəti orqanlarının da vəzifələri ondan ibarətdir ki, narahatlıq yaradan məqam olduqda onun qarşısını alsınlar".