Nazir: "Qeyrineft sektorunda dövriyyə 9,7 faiz artıb"


Digərləri 13 Sen 2019 12:28:01 218 0

Nazir: "Qeyrineft sektorunda dövriyyə 9,7 faiz artıb"

2019-cu ilin ilk 7 ayı ərzində qeyri-neft sektorunda dövriyyə 9,7 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi" adlı konfrans zamanı deyib.

Nazir bildirib ki, həmin sektorda nominal ümumi daxili məhsulun da artımı müşahidə olunub:

"İstehsal sahəsində və topdan ticarətdə dövriyyə 7,8 faiz, ictimai iaşə sahəsində 26,4 faiz, pərakəndə satış sahəsində 36,3 faiz artıb".