Sumqayıtda ev yandı - Sakinlər təxliyə edildi


Digərləri 13 Sen 2019 12:27:55 217 0

Sumqayıtda ev yandı - Sakinlər təxliyə edildi

Sumqayıtda 2 otaqlı evdə yanğın baş verib.

Bakı. Sumqayıtda 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 50 m² olan iki otaqlı mənzilin mətbəx mebeli 3 p.m sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 10 m² sahədə əriyib. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​