Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digərləri 13 Sen 2019 12:13:00 278 0

Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı

Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir.

Bakı. İlhamə İsabalayeva - Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. Trend-in məlumatına görə, bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, 2018-ci ildə iş icazəsi əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub ki, bu da 2003-cü illə müqayisədə 4 dəfə çoxdur. Hazırda Nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində əcnəbilərlə bağlanmış 9962 əmək müqaviləsi qeydiyyatdadır.