Nazir: Qeyri-neft sektorunda dövriyyə 9,7 faiz artıb


Digərləri 13 Sen 2019 12:17:00 341 0

Nazir: Qeyri-neft sektorunda dövriyyə 9,7 faiz artıb

2019-cu ilin ilk 7 ayı ərzində qeyri-neft sektorunda dövriyyə 9,7 faiz artıb

Bakı. Mətanət Nəsibova - 2019-cu ilin ilk 7 ayı ərzində qeyri-neft sektorunda dövriyyə 9,7 faiz artıb. Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib. Nazir bildirib ki, həmin sektorda nominal ümumi daxili məhsulun da artımı müşahidə olunub: “İstehsal sahəsində və topdan ticarətdə dövriyyə 7,8 faiz, ictimai iaşə sahəsində 26,4 faiz, pərakəndə satış sahəsində 36,3 faiz artıb”.