Karateçilərimiz Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər


Digərləri 13 Sen 2019 12:00:08 268 0

Karateçilərimiz Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri 14-15 sentyabr tarixlərində Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər.

Bakı. Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri 14-15 sentyabr tarixlərində Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edəcəklər. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmə və gənclərin baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə qadınların baş məşqçisi Deniz Morozovla birgə, 13 idmançı var. 14-15- yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev və Fərid Savadov (-52 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Əminağa Quliyev və Hüseyn Məmmədli (-61kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq), Namiq Quliyev (+76 kq), Fidan Dadaşova (-48 kq), Polina Hurenko (-53 kq) və Ayla Rzazadə (-59 kq), 21 yaşadək gənclərdə isə Hümmət Baxşəliyev (-67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) yarışacaq. Macarıstandakı yarışın oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıdığını bildirən əməkdar məşqçi A.Allahverdiyev, bu məqsədlə oğlanların sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir yarışda iştirak edəcəklərini söyləyib.