Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib


Digərləri 13 Sen 2019 11:45:50 354 0

Dövlət büdcəsinə vergi daxilolmaları 280 milyon manat təşkil edib

2019-cu ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları təxminən 280 milyon manat təşkil edib ki, bu da proqnozdan 112 faiz çoxdur

Bakı. Mətanət Nəsibova - 2019-cu ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə vergi daxilolmaları təxminən 280 milyon manat təşkil edib ki, bu da proqnozdan 112 faiz çoxdur. Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib. Nazir bildirib ki, artım qeyri-neft sektorunun hesabına qeydə alınıb: “Eyni zamanda bu göstərici Azərbaycanda biznesin leqallaşmasına yönəlmiş islahatların nəticəsi olub”.