Ulduz futbolçunun diskotekaya getməsi klubunda narazılıq yaratdı


İdman 13 Sen 2019 11:08:00 315 0

Ulduz futbolçunun diskotekaya getməsi klubunda narazılıq yaratdı

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqibilərindən olan Sevilla (İspaniya) yeni transferindən narazıdır.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Xavyer Ernandes Meksika millisinin düşərgəsində olarkən diskotekada görüntülənib. Argentina (0:4) ilə yoxlama görüşü ərəfəsində onunla birlikdə sabiq Sevilla-lı Migel Layun, həmçinin Ektor Moreno, Marko Fabian və Gilyermo Oçoa da Nyu-Yorkdakı gecə klublarından birində qızlarla əylənərkən görüntülənib.

Çiçarito və Layun sosial şəbəkə vasitəsilə bunu inkar etsələr də, klub rəhbərliyi bununla bağlı hücumçusu ilə söhbət aparacaq. 

Xatırladaq ki, Sevilla Avropa Liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 19-da Qarabağ-ın qonağı olacaq. West Ham-dən transfer edilən Çiçaritonun məhz Tofiq Bəhramov adına Respublika Stadionunda debüt edəcəyi gözlənilir.