Portuqaliya mətbuatı Renat Dadaşovun ümidləri doğrultmadığını yazır


İdman 13 Sen 2019 10:44:00 271 0

Portuqaliya mətbuatı Renat Dadaşovun ümidləri doğrultmadığını yazır

Renat Dadaşov yeni komandası Pacos Ferreira-da çətinliklə üzləşib. 

Portuqaliya mətbuatı gənc forvardın əsas heyətə düşmək şansını yüksək qiymətləndirilmir.

Yerli KİV Wolverhampton-dan icarəyə götürülən 20 yaşlı oyunçunun rəqabətdə geri qaldığını yazıb. Həmkarlarımız elita klubunun ön xətt oyunçuları arasındakı mübarizədən braziliyalı Velthonun qalib ayrılacağını düşünür.

Çempionatın V turu çərçivəsində Famalicao ilə qarşılaşmada da məhz "sambaçı"nın start heyətində yer alması gözlənilir: "Pacos Ferreira-nın ön xətti gənclərə etibar edilib. Onlardan Duqlas Tanke, Renat Dadaşov və Dioqo Almeyda artıq şans da əldə edib, lakin bundan lazımınca yararlana bilməyib, özlərini doğrultmayıblar. Onlar oynadıqları matçda qol vura bilməyiblər. Komandanın geridə qalan 4 turda cəmi 1 qol vurması məşqçilər korpusunu yeniliyə vadar edəcək. Bu üzdən Famalicao ilə qarşılaşmada Velthonun ilk dəqiqələrdən meydanda olması gözlənilir".

Qeyd edək ki, Renat Dadaşovu Famalicao yay fasiləsində transfer edərək, Pacos Ferreira-ya 1 illik icarəyə verib. (matc.az)