Öskürək və onun yaranma səbəbləri


Digərləri 13 Sen 2019 10:55:00 235 0

Öskürək və onun yaranma səbəbləri

Öskürək tənəffüs sistemi xəstəliklərinin əlamətlərindən biridir.

Bakı. Öskürək tənəffüs sistemi xəstəliklərinin əlamətlərindən biridir. Bəzən xəstəlik sağalsa da, uzunmüddətli öskürək müşahidə edilir. Bu isə bir çox şəxsdə narahatlığa səbəb olur. Öskürəyin yaranma səbəbləri. Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri - sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq traktı xəstəlikləri – qastroezofageal reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Öskürək, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar, bəzən də həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də baş verir. Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək produktiv (nəm) və qeyri-produktiv (quru), davametmə müddətinə görə isə öskürək kəskin və xroniki olur. Əgər öskürək 3 həftəyə qədər sürərsə bu kəskin öskürək, 3 həftədən uzun sürərsə onda xroniki öskürəkdir. Öskürəyə necə qalib gəlmək olar? Öskürək uzun müddət davam edərsə, səbəbini öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Həkim müayinə və analizlər nəticəsində öskürəyin səbəbini müəyyənləşdirəcək və ona uyğun müalicə təyin edəcəkdir. Lakin bu o demək deyil ki, öskürəyi ev şəraitində müalicə etmək mümkün deyil. • Birincisi, vaxtınızın əksər hissəsini keçirdiyiniz otağı tez-tez havalandırmaq, otağın havasını nəmləndirmək lazımdır.