Avtomobil qaz xəttini zədələdi,


Digərləri 13 Sen 2019 10:27:00 167 0

Avtomobil qaz xəttini zədələdi,

Biləsuvar rayonunda M.İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib.

Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadi istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.