Mun Tramp ilə görüşməyi planlaşdırır


Dünya 13 Sen 2019 08:56:00 225 0

Mun Tramp ilə görüşməyi planlaşdırır

Koreya Respublikasının Prezidenti Mun Jae-in sentyabr ayında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində amerikalı həmkarı Donald Tramp ilə görüş keçirməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə cümə günü Cənubi Koreya lideri administrasiyasının nümayəndəsi Koh Min Jung açıqlama verib: "Razılaşma mövcuddur ki, ikitərəfli görüş sentyabrın 22-də və 26-da Baş Assambleyada keçirilsin".

Qeyd edək ki, Cənubi Koreya Prezidenti sentyabrın 24-də BMT-in sessiyasında çıxış etməyi planlaşdırır. Bundan əlavə, onun BMT-in baş katibi olan Antoniu Quterreş və digər ölkələrin rəhbərləri ilə ikitərəfli görüşləri planlaşdırılır.