Yeni dərs ili ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub


Digərləri 13 Sen 2019 08:40:00 192 0

Yeni dərs ili  ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

Sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.

Bakı. Sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. QSC-dən onu da əlavə ediblər ki, kollektiv Yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Bu günlərdə dəmir yolunun xidmətlərindən istafadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Eyni zamanda 16 sentyabr 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilir.