"Malikanə" "Oskar"a namizəddir


Digərləri 13 Sen 2019 08:24:00 276 0

"Malikanə" "Oskar"a namizəddir

Portuqaliyalı rejissor Tyaqu Gedeşin "Malikanə" filmi 2020-ci ildə "Ən yaxşı əcnəbi film" nominasiyasında "Oskar" mükafatına namizəd irəli sürülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, filmin dünya premyerası 76-cı Venesiya kinofestivalının rəsmi müsabiqəsində olub. Tyaqu Gedeş ən yaxşı rejissor işinə görə müstəqil tənqidçi "Bisato d`Oro" mükafatına layiq görülüb.

Filmin Portuqaliyada premyerası sentyabrın 19-da nəzərdə tutulub.

"Malikanə" filmi Teju çayının cənub sahilində Avropada ən iri malikanələrdən birinin sahibi olan ailə barədə saqadır. Filmdə ötən əsrin 1940-cı illərində Portuqaliyanın tarixi, siyasi, sosial və maliyyə həyatından söhbət açılır.

APC-nin prezidenti Paulo Trankozonun sözlərinə görə, bu il milli kino istehsalı kinozallara təqribən 490 min tamaşaçı gətirib ki, bu da 2018-ci ilin eyni dövrü ərzində 145 min tamaşaçı ilə müqayisədə nəzərəçarpan artımdır.

(adsgarden = window.adsgarden || []).push({});