"Bir daha bu hücumları qəti şəkildə pisləyirəm"


Dünya 13 Sen 2019 07:39:00 223 0

"Bir daha bu hücumları qəti şəkildə pisləyirəm"

BMT-nin baş katibi Antoniu Quterreş bildirib ki, BMT dini ərazilərin qorunması üçün fəaliyyət planı hazırlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, BMT-nin baş katibi Antoniu Quterreş bu məsələ ilə bağlı bunları deyib: "Hamımız bilirik ki, dünyamızda antisemitizm, müsəlmanlara qarşı nifrət, xristianlara edilən hücumlar get-gedə artır. Bir daha bu hücumları qəti şəkildə pisləyirəm.

Dini yerlər müharibə üçün deyil, ibadət üçün nəzərdə tutulmalıdır". Guterresin qeyd etdiyi kimi, planın əsas məqsədi ibadət məkanların qorunmasında dövlətlərə dəstək olmaq üçün konkret tövsiyələr təklif edir.