"Harri Potter"in müəllifi nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışlayıb


Digərləri 13 Sen 2019 05:31:00 222 0

"Harri Potter"in müəllifi nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışlayıb

Tanınmış İngiltərə yazıçısı, "Harri Potter" romanının müəllifi Coan Ketlin Roulinq nevroloji xəstəxanaya 15 milyon funt sterlinq (18,8 milyon dollar) bağışlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xanım yazıçı bu məbləği gənc yaşlarında itirdiyi anasının adına yaratdığı nevroloji tədqiqat mərkəzinin hesabına köçürüb.

"Harri Potter" romanı 10 dilə tərcümə olunub və onun müəllifi bu əsərdən milyonlarla funt sterlinq qazanıb. İngiltərənin "Sunday Times" qəzetinin yazdığına görə, onun 750 milyon funt sterlinq (təxminən 925 milyon dollar) sərvəti var. Rouilnq həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

(adsgarden = window.adsgarden || []).push({});