Türkiyədə terror nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb


Dünya 12 Sen 2019 23:03:00 257 0

Türkiyədə terror nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir vilayətində Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumatda terrorun PKK tərəfindən törədildiyi bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların tapılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.