Bərzəx həyatı necə olur?


Digərləri 12 Sen 2019 22:50:00 466 0

Bərzəx həyatı necə olur?

Dünya həyatı sona çatan kimi, ruh lətif bir cismə girər. Maddi cismin bəzi çatışmamazlıqlarından uzaqdır. O, maddi cismə bənzədiyi üçün ona misal bədəni deyirlər. O, nə kamilən mücərrəddir və nə də maddi. Bərzəx aləmini dərk etmək, maddi dünyanın əsiri olan bizlər üçün çətindir. O, bu dünyadan daha üstün bir dünyadır. (Əndişeyi-Qum saytı)

Ancaq bəzi hədislərə istinadən edərək, demək olar ki, o, bir növ yuxuya bənzəyir. Sadiq yuxularda insan ruhu müxtəlif yerləri seyr edir. İnsan öləndən sonra bərzəx aləminə gedər və Qiyamət gününə qədər orada qalarlar. Bu müddətdə ya bərzəx nemətlərindən bəhrələnərlər, ya da əzaba düçar olarlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, insan bərzəx aləmində olanda diri olur və Allahın ona əta etdiyi bu bədənlə o aləmə münasib şüura malik olar. Ona görə də elm və agahlıq gah dərs oxumaqla olar, gah da nəfsi islah etməklə. Bərzəxdə belə bir elm mövcuddur.

Quran buyurur: "Allah buyurdu: "Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar"". ("Möminun" 40).

"Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud "misal" qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz". ("Bəqərə" 154).

Bərzəx aləminin bu aləmlə əlaqəsi vardır. Belə ki, İmam Əli (ə) Siffeyn döyüşündən qayıdan zaman Kufənin arxasında olan qəbiristanlıqda dayanır və onlarla söhbət edir. Sonra buyurur: "Onların danışmağa icazəsi yoxdur. Əgər icazələri olsaydı, sizə deyərdilər ki, axirət üçün ən yaxşı azuqə əməlisalehlikdir".

(adsgarden = window.adsgarden || []).push({});