İbn Zübeyr necə şəxs olub?


Digərləri 12 Sen 2019 22:15:00 255 0

İbn Zübeyr necə şəxs olub?

bn Zübeyr necə şəxs olub? Bəziləri onun Yezidə qarşı qiyam qaldırdığını əsas gətirərək müsbət şəxs olduğunu söyləyirlər.

Abdullah ibn Zübeyrin atası əhli-sünnə rəvayətlərində Peyğəmbər (s) tərəfindən cənnətlə müjdələndiyi söylənilən səhabə Zübeyr ibn Avvam, anası birinci xəlifə Əbu Bəkrin qızı Əsmadır. Hicrətdən 20 ay sonra doğulmuşdur (miladi 624-cü il).

Abdullah Ömər ibn Xəttabın zamanından savaşlara qatılmış, Şam, Afrika, Xorasan fəthərində iştirak etmişdi.

Son.az islam.az-a istinadən bildirir ki, Cəməl savaşında Abdullah atası Zübeyrlə eyni cəbhədə vuruşurdu. O, Həzrət Əliyə (ə) hədsiz nifrət bəsləyirdi. Hətta Zübeyr döyüşdən yayınmaq istədikdə, Abdullah onu danladı və qorxaqlıqda təqsirləndirdi.

Müaviyənin vəfatından sonra Abdullah Yezidə beyət etmədi və yaranmış qarışıqlıqdan istifadə edib Məkkəni öz ixtiyarı altına aldı. İmam Hüseynin (ə) şəhadətindən sonra Yeziddən narazı olan qüvvələr ona beyət etdilər. Yezid Məkkəyə qoşun yeritsə də, onun ölümü bu yürüşü yarımçıq saxladı. Bu yürüş zamanı Məkkənin üzərinə mancanaqlardan daşlar yağdırıldı, Kəbə evi dağıldı.

Ərəbistan, Yəmən, İraq, Xorasan əhalisi Abdullaha beyət etmişdi. Hətta Şam və Misir torpaqlarının bir hssəsi də ona tabe idi.

(adsgarden = window.adsgarden || []).push({});